Biləsuvar birmərtəbəli, 3 otaqlı ev yanıb

Biləsuvar birmərtəbəli, 3 otaqlı ev yanıb

Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 70 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə