Göyçay-Ucar yolunda avtomobil aşıb, ölənlər və xəsarət alan var

Göyçay-Ucar yolunda avtomobil aşıb, ölənlər və xəsarət alan var
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 17 radələrində Göyçay-Ucar yolunda qeydə alınıb. "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkət edərkən yoldan çıxaraq aşıb. Nəticədə iki nəfər ölüb, bir nəfər isə yaralanıb. APA-nın xəbərinə görə, xəsarət alan şəxs Ucar Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Ölənlərin kimliyi araşdırılır. Ucar MRX-dən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən Xankişiyev Əli Rafiq oğlunun vəziyyəti ağırdır.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə