Bakıda iki avtomobil toqquşdu: ölən var

Bakıda iki avtomobil toqquşdu: ölən var

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 24-də saat 10 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Şabran rayon sakini N.Bəyməmmədovun idarə etdiyi “Man” və Bakı şəhər sakini B.Ələkbərovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Ələkbərovun sərnişini, Tovuz rayon sakini Firuddin Məhərrəmov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə