Bakıda itkin düşən azyaşlı tapılıb. SİA-nın verdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda olub.
2015-ci il təvəllüdlü Emil Nəzərli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlı rayon ərazisindəki "Koala park"dan tapılıb. Uşaq ailə üzvlərinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB