Bakıda tədris mərkəzindən oğurluq edilib

Bakıda tədris mərkəzindən oğurluq edilib

Binəqədi rayonu ərazisindəki tədris mərkəzlərinin birindən oğurluq etməkdə və bir mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən T.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də rayon ərazisindəki tədris mərkəzlərinin birindən 1500 manat dəyərində 2 ədəd kompüter, 2 ədəd monitor, 2 ədəd görüntü kamerası oğurlamaqda və bir mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Əliyev saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə