Ölkədə baş vermiş bədbəxt hadisələr nəticəsində 4 nəfər ölüb. İsmayıllı rayonunun Hacıhətəmli kəndində kənd sakini 13 yaşlı Sərvər Azayev həyətdəki ağacdan yıxılaraq ölüb. SİA-nın Lent.az-a istinadən verdiyi digər xəbərə görə, Qax rayonunun Əlibəyli kəndi ərazisində, kənd sakini Qoqita Basalaşvili isə Ramazan Hacıyevin ehtiyatsızlığı nəticəsində "T-150" markalı traktorunu arxaya verərkən onun altında qalıb. Q.Basalaşvili hadisə yerindəcə keçinib.
Astara şəhərinin ərazisində isə şəhər sakini Gülağa Məmmədov Xəzər dənizində balıq tutarkən suya düşərək boğulub. G.Məmmədovun meyiti sudan çıxarılıb. Mayın 6-na keçən gecə Bakıda da bədbəxt hadisə baş verib. Nərimanov rayonu ərazisində yaşayan Kamal Heydərov mənzilində dəm qazından zəhərlənərək ölüb.
Bütün faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB