Hövsan qəsəbəsində 75 yaşlı qadını maşın vurub

Hövsan qəsəbəsində 75 yaşlı qadını maşın vurub

Bakının Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

1945-ci il təvəllüdlü Yusifova Xanım Oruc qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ayağının və sol çiynin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə