Ağsunun dağlıq ərazisində baş verən yanğın söndürülüb

Ağsunun dağlıq ərazisində baş verən yanğın söndürülüb

Avqustun 21-də saat 17 radələrində Ağsu rayonunda Ləngəbiz kənd bələdiyyəsinin dağlıq hissəsində baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Hissəsindən SİA xəbər verir ki, yanğın axşam saat 9 radələrində tam söndürülüb.

Ərazidə 10 hektar quru kol-kos sahəsi yanıb. Yanğının söndürülməsində Ağsu və Şamaxı rayon yanğından mühafizə hissələrinin 3 yanğınsöndürən maşını, 21 nəfər şəxsi heyəti iştirak edib.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə