Bakı sakinini bıçaqla hədələyib telefonunu aldı

Bakı sakinini bıçaqla hədələyib telefonunu aldı

Quldurluq yolu ilə Bakı şəhər sakini S.Əhmədovun mobil telefonunu almaqda şübhəli bilinən M.Məmmədzadə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Əhmədovu bıçaqla hədələyib quldurluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən paytaxt sakini M.Məmmədzadə saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə