Keçmiş məhkum avtomobildən oğurluq etdi

Keçmiş məhkum avtomobildən oğurluq etdi

Binəqədi rayonu ərazisində “Kia” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini A.Abdullayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində T.Cavadova məxsus “Kia” markalı avtomobildən sənədlər, 280 manat dəyərində 3 ədəd eynək və 2 ədəd yaddaş kartı oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş A.Abdullayev saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə