Xətai rayonu ərazisində 2 mağazadan pul, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində 2 mağazadan 500 manat pul, 2800 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri X.Sultanov, Ş.Məmmədov və T.Abdullayev müəyyən edilərək saxlanılıblar.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB