Qobustanda yanğın

Qobustan rayonunun Poladlı kəndində “КамАЗ” markalı yük avtomobilinin banına yığılan 4 ton ot bağlamasının 1 tonu, yaxınlıqda ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 5 ton ot bağlamasının 4 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi və avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə