Motosiklet su kanalına aşdı

İmişli rayonunun Qaralar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 18-də saat 18 radələrində İmişli rayonunun Qaralar kəndi ərazisində kənd sakini Vasif Məmmədov idarə etdiyi “İJ” markalı motosikleti su kanalına aşırıb. Nəticədə o, suda boğularaq ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilib.

İmişli RPŞ tərəfindən araşdırmaaparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə