Tovuzda xuliqanlıqla məşğul olan qrup saxlanıldı

Tovuzda xuliqanlıqla məşğul olan qrup saxlanıldı

Tovuz rayonunda İ.Qurbanovu döyüb pulunu, mobil telefonunu və sənədlərini quldurluq yolu ilə almaqda şübhəli bilinən bir qrup rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Qurbanovu döyüb 320 manat pulunu, mobil telefonunu və sənədlərini quldurluq yolu ilə almaqda şübhəli bilinən rayon sakinləri Ə.Hüseynov, K.Alıyev, M.Əliyev və O.Sadıqov müəyyən edilərək saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə