Tovuzda NİVA markalı minik maşını ilə “VAZ 2106” markalı avtomobil toqquşub
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.
Hərəkətdə olan NİVA markalı minik maşını ilə “VAZ 2106” markalı avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 23 yaşlı Əlirzayev Misirxan, 25 yaşlı Hüseynov İlkin və 25 yaşlı Elvin Hüseynovdur.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB