İmişli rayonunda qətl hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə İmişli rayonunun Buludlu kəndində qeydə alınıb.
Kənd sakini, 1979-cu il təvəllüdlü Əliyev Malik Fəramiz oğlu həmkəndlisi, 1986-cı il təvəllüdlü Məmmədov Abbas Elbrus oğlu tərəfindən bıçaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı İmişli rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB