Bakı şəhərinin Nizami rayonunda bir nəfərin intihar cəhdinin qarşısı alınıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
SİA Nazirliyə istinadən bildirir ki, хüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB