Bakıda hərəkətsiz halda olan avtomobil yanıb. SİA-nın verdiyi məlumata görə, hadisə Səbail rayonu, Şıx qəsəbəsində yerləşən çimərlikdə qeydə alınıb. Hadisə zamanı hərəkətsiz halda olan "Niva" markalı avtomobil qəfildən alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB