İsmayıllı rayonunda 73 yaşlı qadın intihar edib

İsmayıllı rayonunda 73 yaşlı qadın intihar edib

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

SİA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Basqal kəndində qeydə alınıb.

Kənd sakini, 1947-ci il təvəllüdlü Səyyarə Bağırova yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Onun ağır xəstəliyi ilə əlaqədar bədənindəki ağrılara dözə bilmədiyi səbəbindən özünə qəsd etdiyi bildirilir.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə