Yaponiya və ABŞ-da zəlzələ baş verib

Yaponiya və ABŞ-da zəlzələ baş verib

Yaponiyanın şimal-şərqində zəlzələ olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 6,1 bal təşkil edib. Zəlzələnin episentri Senday şəhərindən 276 km aralıda qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi gözlənilmir.

 

Eyni zamanda ABŞ-ın Alyaska ştatında da zəlzələ olub. Yeraltı təkanların gücü 6,4 bal təşkil edib. Zəlzələnin episentri Ankoridj şəhərindən 900 km cənub-qərbdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə