Narkotiklə məşğul olan şəxs tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Quliyev saxlanılmış və ondan narkotik maddələr aşkar edilərək götürülüb. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Quliyev Xətai rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qram heroin və 5 qram tiryək aşkar edilib. Davam etdirilən tədbirlərlə onun Abşeron rayonu Digah qəsəbəsinin ərazisində yolun kənarında gizlətdiyi çəkisi 6 kiloqram heroin və 680 qram tiryək də aşkar edeilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...