Bakıda evdən qızıl-zinət əşyaları oğurlandı

Evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Məhərrəmov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Məhərrəmov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə