Avtomobil piyadanı vurub öldürdü

Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 13-də saat 20 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Ələsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini Tərlan Ələkbərovanı vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə