Saatlı rayonunun Bəylər kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının tavanı və ev əşyaları 16 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə