Avtomobil traktora çırpılıb, ölən və xəsarət alanlar var

Kürdəmir rayonunun Sovla kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 11-də saat 17 radələrində Kürdəmir rayonunun Sovla kəndi ərazisində Zərdab rayon sakini E.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış kənd sakini Oruc Qurbanova məxsus “T-28” markalı traktora vurub. Nəticədə E.Əzizovun sərnişini, həmyerlisi Tubu Ömərova hadisə yerində ölmüş, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir. Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə