Bakıda 4 evdən qızıl-zinət əşyaları oğurlandı

Abşeron rayon ərazisindəki 4 evdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Y.Əsgərov və E.Əhmədov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 650 manat, 5600 dollar, 100 avro pul, 24000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakini Y.Əsgərov və Bakı şəhər sakini E.Əhmədov saxlanılıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...