Türkiyədə taxta evdə baş verən yanğın nəticəsində bir ailənin 5 üzvü ölüb

Türkiyənin Çorum vilayətinin Bayat rayonunda 2 mərtəbəli taxta evdə yanğın baş verib, nəticədə 5 nəfər ölüb.

SİA-nın yerli bürosunun xəbərinə görə, səbəbi bilinməyən yanğın zamanı əvvəl ata və 2 uşaq yanaraq ölüb.

Ailənin yanan digər iki uşağı və ana xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq uşaqların həyatını xilas etmək mümkün olmayıb.

Yanğından daha 2 mənzil zərər çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...