Sumqayıtda mağazalardan birində yanğın baş verib

Sumqayıtda mağazada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 35 m² olan mağazanın sanitar otağında hava təmizləyici qurğu və su sayğacı yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 1 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə