Neftçinin axtarışlarına xilasedici-desant dəstəsi cəlb olunub FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin stasionar dəniz özülündə operator vəzifəsində işləyən 1975-ci il təvəllüdlü Kazımov Elşən Səfiyar oğlunun avqustun 9-da növbədə olan zaman itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən SİA-ya bildiriblər ki, nazirliyin Aviasiya dəstəsinin helikopterinin göyərtəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-desant dəstəsi axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...