Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin "Abşeronneft" NQÇİ-nin stasionar dəniz özülündə operator vəzifəsində işləyən, 1975-ci il təvəllüdlü Kazımov Elşən Səfiyar oğlunun 09.08.2020-ci il tarixində növbədə olan zaman itkin düşməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri göyərtəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-desant dəstəsi ilə axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...