Gəncədə iki nəfərin dərmandan zəhərlənməsi faktı qeydə alınıb

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

SİA xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində baş verib.

1969-cu il təvəllüdlü Hüseynova Flora Davud qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lazımi tibbi yardım göstərilən qadının vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, F.Hüseynova dərmandan zəhərlənib. Zəhərlənmənin başvermə səbəbi məlum deyil.

Gəncədə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən digər şəxs 1955-ci il təvəllüdlü Hüseynov Arif İlyas oğlu olub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...