Boyunbağı etmək istədiyi əşyanın partlaması bir gəncin həyatına son qoyub
Türkiyədə Vanın Erciş mahalının Yuxarı Akçagedik kəndində yaşayan 16 yaşındakı Murad Polad ərazidə tapıb qurdaladığı əşyanın partlaması nəticəsin ölüb. SİA-nın xəbərinə görə, hadisə bu gün saat 11 radələrində Erciş mahalının Kocapınar Diyarına bağlı Yuxarı Akçegedik kəndində baş verib. Kəndin yaxınında olan ərazidə barmaq böyüklüyündə bir əşya tapan Murad Polad cisimi götürərək evinə gəlib. Poladın, özünə boyunbağı etmək üçün məşğul olduğu əşya birdən partlayıb. Partlama nəticəsində Polad hadisə yerindəcə həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB