İranda koronavirusdan ölənlərin sayı 18 minə çatır

İranda ötәn sutka әrzindә daha 2 634 nәfәrin koronavirusa (COVID19) yoluxması ilә bu virusa yoluxanların sayı 320 117 nәfәrә çatıb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, virus daşıyıcılarından 4 156 nәfәrin vәziyyәti ağırdır.

Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 174 nәfәr koronavirusdan ölüb. Belәliklә, İranda bu virusdan ölәnlәrin sayı 17 976 nәfәrә yüksәlib.

Nazirlik rәsmisi İranda 277 463 nәfәrin koronavirusdan sağaldığını deyib.

Sadat Lari bildirib ki, Tehran, Mazandaran, Gülüstan, Şәrqi Azәrbaycan, Әrdәbil, İsfahan, Әlborz, Rәzәvi Xorasanı, Kirman, Şimali Xorasan, Simnan, Mәrkәzi, Yәzd vә Gilan vilayәtlәri qırmızı zona hesab olunur.

İranda indiyәdәk 2,61 milyondan çox diaqnoz testi hәyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...