Neftçalada saxtakarlıq edən həkim saxlanılıb

Neftçala rayonunun Xolqaraqaşlı kənd xəstəxanasının həkimi M.Əhmədovun saxta tibbi arayış verməsi müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Neftçala rayonunun Xolqaraqaşlı kənd xəstəxanasının həkimi M.Əhmədovun pul müqabilində karantin rejimi dövründə kənd sakini olan bir qadına Bakı şəhərindəki xəstəxanaların birində müayinədən keçməsinə dair saxta tibbi arayış verməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə