Paytaxda cinayət törədən şəxs tutuldu

Bakı şəhər sakini Rəşad Sadıqova kəsici-deşici alətlə ölümcül xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Xıdırov tutularaq istintaqa cəlb edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 3-də saat 20 radələrində Bakı şəhər sakini Rəşad Sadıqovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və aldığı xəsarətlərdən orada ölməsi barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə bu cinayət əməlinin Bakı şəhər sakini İ.Xıdırov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Nərimanov rayon Prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...