Abşeronda evdən oğurluq edildi

Abşeron rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən Ə.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 350 ABŞ dolları, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...