Avtomobilləri qarət edən keçmiş məhkumlar tutuldu

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Tovuz şəhər sakinləri A.İmamquliyev və E.Həsənov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Tovuz RPŞ və Rayon Mühafizə Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində “VAZ-2107” markalı bir avtomobildən 190 manat pul, maqnitofon və videoqeydiyyat qurğusu, “Mercedes” markalı avtomobildən isə akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - A.İmamquliyev və E.Həsənov saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...