Ər şüşə butulka ilə arvadının başına vurduqdan sonra onu bıçaqlayıb

Gəncə sakini mübahisə zəmnində 56 yaşlı arvadını bıçaqlayıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhər yataqxanalarından birində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Zərəfşan İbrahimova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan qadın əməliyyat edilib, vəziyyəti orta ağırdır.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib və ər qadının baş nahiyəsinə şüşə butulka ilə vurduqdan sonra ona üç bıçaq zərbəsi ilə də xəsarət yetirib.

Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...