Füzulidə nasos stansiyasında yanğın olub

Füzuli rayonunda nasos stansiyasında yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 84 m² olan nasos stansiyasının içərisində 1 ədəd transformator və 4 ədəd elektrik açarı yanıb. Digər transformatorlar və nasoslar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə