Yevlaxda yanğın

Yevlax şəhərində “Scania” markalı yük avtomobilinin qoşqusuna yığılan 4 ton ot bağlamasının 1 tonu və qoşqunun üzərinə çəkilən çadır yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, avtomobil, qoşqu və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə