Bakıda "Kia" markalı avtomobil yanıb

Bakıda "Kia" markalı avtomobil yanıb

Bakının Səbail rayonunda yanğın zamanı sürücü xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Həsənov Eldar Ramiz oğlunun idarə etdiyi "Kia" markalı avtomobildə qəfil yanğın baş verib. O, dərhal özünü avtomobildən yerə atıb və nəticədə sınıq xəsarətləri alıb.

Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə