Avtomobildən pul oğurlandı

Avtomobildən 195 manat pul oğurlamaqda şübhəli bilinən Sabirabad rayonunun Qalağayın kənd sakini Y.Heydərov saxlanılıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən iyulun 28-də Qalağayın kəndi ərazisində şəhər sakini A.Talıbovun “QAZel” markalı avtomobilindən 195 manat pul oğurlamaqda şübhəli bilinən Qalağayın kənd sakini Y.Heydərov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə