Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə müxtəlif adda dərman preparatlarının və tibbi avadanlıqların ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar. SİA-nın xəbərinə görə, idarənin "Qırmızı Körpü" gömrük postunda 3 ədəd " Mercedez Benz" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində, gömrük nəzarətindən gizlədilən 1783 həb, 612 kapsul, 9 şüşə qablaşdırma və 6 ampul müxtəlif adda dərman preparatları, həmçinin 900 ədəd tibbi maska, 6 ədəd şpris və 2 ədəd avtomobil ehtiyat hissəsi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB