Ağcabədidə avtomobil piyadanı vuraraq öldürdü

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürdü

Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 28-də saat 23 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Muğanlı kənd sakini Z.Talıbov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Xəyal Səlimovu vurmuş, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə