Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.
Ağsu rayon sakini Teymur Zeynalov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə velosipedçi, 1981-ci il təvəllüdlü Rəşad Şəfiyevi vurub. Velosipedçi aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB