Abşeron rayonunda "Nissan" aşıb - sürücü dünyasını dəyişib

Abşeron rayonunda "Nissan" aşıb - sürücü dünyasını dəyişib

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu ərazisində “Nissan” markalı minik avtomobili yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə