Nizami rayonu Q.Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 26-da saat 16 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini X.Bəşirov idarə etdiyi “BMW” markalı avtomobillə piyada zolağı olmayan yerdən keçən paytaxt sakini Nizami Səyyadovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB