Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 26-da saat 13 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Zamanov idarə etdiyi “Mercedes” markalı evakuatorla velosipedlə yolu keçən qəsəbə sakini Elmir Seyidovu vurmuş və nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB