84 yaşlı Gəncə sakini özünü yaşadığı binanın 3-cü mərtəbəsindən ataraq intihar edib

84 yaşlı Gəncə sakini özünü yaşadığı binanın 3-cü mərtəbəsindən ataraq intihar edib
Gəncə sakini, 1936-cı il təvəllüdlü Niftəliyev İbrahim İsa oğlu həyat yoldaşı – 1944-cü il təvəllüdlü Bağırova Fatimə Əsəd qızını döydükdən sonra özünü yaşadığı binanın 3-cü mərtəbəsində atıb. SİA xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən yaşayış binalarının birində qeydə alınıb. İ.Niftəliyev hadisə yerində dünyasını dəyişib. Qadın ağır vəziyyətədə xəstəxanaya yerləşdirilib. Ağır kələ-beyin travması alan qadının vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə