Masallıda maşın velosipedi vurdu: ölən var

Masallıda maşın velosipedi vurdu: ölən var

Masallı rayonunun Türkoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 23-də saat 21 radələrində Masallı rayonunun Türkoba kəndi ərazisində Boradigah qəsəbə sakini M.Vəlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Elnur Zülfüqarovu vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə